AEM nümayəndəsi Qlobal Dərman Tənzimləmə Konklavında iştirak edib

AEM nümayəndəsi Qlobal Dərman Tənzimləmə Konklavında iştirak edib

30–31 iyul 2026-cı il tarixlərində Hindistanın Nyu-Dehli şəhərində Qlobal Dərman Tənzimləmə Konklavı (Global Drug Regulatory Conclave) keçirilib.

Hindistanın Əczaçılıq İxracatını Təşviq Şurası (PHARMEXCIL) və Mərkəzi Dərman Standartlarına Nəzarət Təşkilatının (CDSCO) birgə təşkilatçılığı ilə keçirilən tədbirdə ABŞ, Böyük Britaniya, Yaponiya və Rusiya da daxil olmaqla, 40-dan çox ölkənin dərman vasitələri üzrə tənzimləyici qurumlarından 60-dan çox mütəxəssis və idarəçi iştirak edib.

İki gün davam edən konklav çərçivəsində qlobal əczaçılıq sektorunun inkişaf perspektivləri, dərman vasitələrinin tənzimlənməsi, tənzimləyici mexanizmlərin təkmilləşdirilməsi və dərman təhlükəsizliyi kimi əsas istiqamətlər müzakirə olunub.

Tədbirin sonunda iştirakçılar üçün Hindistan Farmakopeya Komissiyasının (Indian Pharmacopoeia Commission – IPC) baş qərargahına və laboratoriya kompleksinə rəsmi səfər təşkil edilib. Səfər zamanı iştirakçılar qurumun fəaliyyəti, laboratoriya infrastrukturu və praktiki təcrübəsi ilə tanış olublar.

Konklavda Azərbaycanı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Dərman vasitələrinin idxal-ixrac şöbəsinin müdiri Şirin Şahbazov təmsil edib.